Hindistanda zəvvarları daşıyan avtobus dağdan aşıb - 55 ölü, 20 yaralı + Foto

21:00 - 11 Sentyabr 2018 - DÜNYA

Hindistanın Telenqana şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Dailystar”a istinadən xəbər verir ki, “Anjaneya Svami” məbədindən qayıdan zəvvarları daşıyan avtobus dağlıq ərazidə aşıb.

Hadisə nəticəsində 36-sı qadın olmaqla 55 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Məlumata görə, avtobus 54 yerlik olsa da, içərisində 70-dən çox sərnişin olub.


Xəbər xətti