Ana səhifə
22 Fevral 2018

ATV-nin cazibədar aparıcısı: “Onun apardığı hər yer xoşdur” - FOTOLAR

Ailəm.az-ın “Aparıcı nə aparır?” rubrikasının budəfəki qonağı Nərgiz Məmmədovadır.

 

 

Nərgiz tamaşaçılara ATV kanalından tanışdır. Onu ekranlara hava proqnozu çıxarıb. Hazırda isə ölkənin əsas maqazin proqramlarından olan “ATV maqazin”ı aparır.

 

- Aparıcı nə aparır?

 

- Lazım olanı.

 

- Siz nə aparırsınız?

 

- Şou-biznes aləminin həftəlik ab-havasından danışıram.

 

- Nə apara bilmədiniz?

 

- Özümdən ağır yük daşımaram.

 

- Nəyi qoymadılar siz aparasınız?

 

- Hələ bu qədər cəsarətli biri olmayıb.

 

- Kim apardı, sizə qalmadı?

 

- Mən apardım! Heç kimin ruhu da incimədi.

 

- Aparıldığınız ən xoş yer?

 

- Onun apardığı hər yer xoşdur.

 

- Kim aparanda sevinirsiniz?

 

- Yalnız və yalnız O…

 

- Özünüzü ağır apara bilirsiniz?

 

- Təbii ki…

 

- Kimdir ən yaxşı aparan?

 

- Özünə inanan və güvənən.

 

- Kimlə apara bilməzsiniz?

 

- Aparmaq təcrübəsi olmayanla.

 

- Kimi kimdən aparmısınız?

 

- Məndən aparmasınlar, mənim heç kimin heç nəyində gözüm yoxdur.

 

- Sizdən kimi və nəyi aparıblar?

 

- Məndən kimisə və ya nəyisə aparmağa heç kimin cürəti çatmaz.

 

- Son dəfə olsa, nə aparardınız?

 

- Son dəfə də, ilk dəfə də yalnız və yalnız ONU apararam.

- See more at: http://ucnoqta.az/news/6808#sthash.EB0SDO8m.dpuf

Tarix
11 Dekabr 2014 [00:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ