Ana səhifə
26 Sentyabr 2018

Mübariz Qurbanlı: "Aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir”

“Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz”

 "Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fətvalar da vətəndaşlar üçün icbari xarakter daşımır". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, istər İslam, istərsə də qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə müdaxilə etmir və din də dövlət siyasətinə müdaxilə etmir: “Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.

M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir: “Birincisi, qanun buna imkan vermir. Biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideoligoyası bizim üçün müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verilməməli, bütün tədbirlər məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir”.

Tarix
11 Sentyabr 2018 [17:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin