Ana səhifə
19 Noyabr 2018

İşıq pulunu ödəmək daha ASAN oldu!

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərişıq” ASC-nin birgə əməkdaşlığı çərçivəsində əhali və qeyri əhali abonentlərinin aylıq debutor işıq borcları ödənişlərinin artıq “ASAN Ödəniş” portalı vasitəsilə həyata keçirilməsi mümkündür.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, “ASAN Ödəniş” dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs, dövlətə məxsus 4 hüquqi şəxs olmaqla 118 dövlət qurumunun inzibati cərimələrinin, kommunal, aqrolizinq xidmətlərin ödənilməsi “ASAN ödəniş” dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları vasitəsilə həyata keçirilir.
Həmçinin ödənişlər sistemə inteqrasiya edilmiş www.hesab.az, www.e-pul.az, www.portmanat.az ödəniş portalları, “e-Manat” və “Milli Ön” ödəniş terminalları, bank şöbələri vasitəsi ilə təmin edilir.

Tarix
11 Sentyabr 2018 [17:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin