Ana səhifə
23 Sentyabr 2018

Siyavuş Novruzov: "Məhərrəm ayının digər müsəlman ölkələrində hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur"

"Azərbaycanda dini məsələlər qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır. Qanunla qeydiyyatdan keçən bütün dini icmaların fəaliyyəti üçün şərait yaradılıb".

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.

"Məhərrəm ayının digər müsəlman ölkələrində hansı şəkildə keçirilməsinin bizə aidiyyəti yoxdur. Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur. Bu gündə anma mərasimi keçirmək istəyənlər İslam qanununa uyğun şəkildə keçirə bilərlər. Ona görə də yanaşma tərzləri eyni olmalıdır", - S.Novruzov əlavə edib.report

Tarix
11 Sentyabr 2018 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin