Ana səhifə
20 Sentyabr 2018

Putinin protokolu Paşinyanı kobudcasına dayandırdı- Video

Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında danışıqlar, erməni baş nazirinin bəyanatlarının əksinə, son dərəcə sərt vəziyyətdə keçib.

Ucnoqta.az xəbər verir ki, bu haqda virtualaz.org-a Moskvadakı məlumatlı mənbələrdən bildiriblər.

Məlumatda deyilir ki, erməni tərəfinin gözləntilərinə baxmayaraq, erməni baş naziri konstruktiv dialoqu qaydaya salmaq və gözlənilən geosiyasi riskləri minimallaşdırmaq üzrə arzu olunan nəticələrə nail ola bilməyib.

Moskvada N.Paşinyanı kifayət qədər soyuq qarşılayıblar və danışıqlar Rusiya tərəfini təmin etməyib. Erməni diasporasından olan biznes nümayəndələri ilə görüşdə erməni baş nazirinin bəyanatı xüsusi narahatlıq doğurub. Daha əvvəl bildirildiyi kimi, bu görüşdə erməni hökumətinin başçısı Qarabağ münaqişəsinin bütün dövrü ərzində ilk dəfə Azərbaycan ərazilərinin zəbt edilməsini qanuniləşdirmək haqda niyyətini bəyan edib.
Virtualaz.org-un mənbələrinin informasiyasını Nikol Paşinyanla Vladimir Putinin görüşündən çəkilən video da təsdiq edir. Görüşdə diplomatiya tarixində görünməmiş hadisə olub. Kremldə erməni baş nazirini təkcə ürəksiz yox, həm də, nümayişkaranə kobud deməsək, hörmətsizcəsinə qəbul ediblər. Rusiya prezidentinin protokol xidmətinin başçısı Putinlə görüşə yönələn Nikol Paşinyanı sərt şəkildə dayandırıb. Özü də Paşinyanı kəndarda iki dəfə dayandırıblar. Üstəlik belə qəbuldan çaşmış hökumət başçısı kabinetin kəndarında sürüşüb.

​Erməni baş nazirini yalnız bundan sonra Vladimir Putinin olduğu zala buraxıblar. Paşinyan qapının kəndarında büdrəyərək, Putinə doğru gedib və ona əl uzadıb...

Tarix
11 Sentyabr 2018 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin