Ana səhifə
18 Noyabr 2018

Damdan yıxılan Ağcabədi sakini infarktdan öldü

Ağcabədi rayon sakini infarktdan ölüb.

Hadisə rayonun Ş.Qurbanov küçəsi, 62 saylı evdə baş verib. 1966-cı il təvəllüdlü Hacıyev Eldar Sultan oğlu yaşadığı evdə aparılan təmir işləri ilə əlaqədar evin damına çıxıb. E.Hacıyev orada ustaların işlərinə baxarkən ürək nayihəsində ağrılar hiss edərək müvazinətini itirib və yıxılıb.

Nəticədə onun sol qolu zədələndiyi üçün qardaşı tərəfindən sınıqçıya aparılıb. Daha sonra evə gələn E.Hacıyevin ürəyində şiddətli ağrılar başlayıb. Ailə üzvləri onu təcili yardımla Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, E.Hacıyevin həyatını xilas etmək mümkün olmayıb.

E.Hacıyev miokard infarktdan xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.trend

Tarix
11 Sentyabr 2018 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin