Ana səhifə
17 Noyabr 2018

Arvadını boğaraq öldürənin istintaqı yekunlaşıb

Arvadını boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə istintaq yekunlaşıb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırlıq iclası hakim İradə Həsənzadənin icraatında sentyabrın 20-də keçiriləcək. 

İttihama görə, hadisə 2018-ci il yanvarın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir.

Tarix
11 Sentyabr 2018 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin