Dənizdə 11 yaşlı uşaq batıb

12:27 - 11 Sentyabr 2018 - HADİSƏ

Sumqayıt sakini dənizdə batıb.

Hadisə Xəzər dənizinin Sumqayıt sahilinə düşən hissəsində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü Məmmədhəsənov Emil Qabil oğlu dənizdə çimərkən boğulub. Yeniyetmənin təhlükəsizlik qaydalarına düzgün əməl etmədiyinə görə batdığı bildirilir.

11 yaşlı Emil Məmmədhəsənovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti