Ana səhifə
18 Noyabr 2018

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Növbəti hərrac 18 sentyabr tarixində baş tutacaq

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib. Komitənin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu dəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Bakı şəhəri, Nizami rayonunda yerləşir. A.Manafov küçəsi, 16 ünvanındakı bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 446.8 kv.m-dir. Müxtəlif xidmət sahələri üzrə əlverişli fəaliyyətə imkan verəcək bu obyekt üçün sifarişçi 90 min manat təklif edib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış ili 1996 və 2007-dir. İştirakçı sifariş verdiyi Vaz markalı avtomobil üçün 1000 manat təklif edib. Mercedes Benz markalı nəqliyyat vasitəsinin isə hərracdakı yekun satış qiyməti 15 min 300 manat olub.

Komitə tərəfindən növbəti hərrac 18 sentyabr tarixində baş tutacaq. Növbəti hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Ərazi, ümumi faydalı sahə və digər xüsusiyyətlər üzrə müxtəlif olan bu dövlət əmlakları vətəndaşlara geniş seçim imkanı verir.

 

Tarix
11 Sentyabr 2018 [12:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin