Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

16:26 - 10 Sentyabr 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekerti qəbul edib 

XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Milan Ekerti ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etdi. Milan Ekert etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova  təqdim edib. Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edildi. Həmçinin, fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Elmar Məmmədyarov Səfir  Milan Ekertə fəaliyyətində uğurlar arzu edib. 


Xəbər xətti