Mənzildən 23 min manat pul və 18 minlik qızıl oğurlayan qardaşlar saxlanıldı

15:09 - 10 Sentyabr 2018 - HADİSƏ

Mənzildən 23 min manat pul və 18 minlik qızıl oğurlayan qardaşlar saxlanıldı

Abşeron rayonu ərazisində külli miqdarda pul və qızıl oğurlamış şəxslər tutulub. Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evlərin birindən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti