Bakıda qısqanc ər arvadını qətlə yetirdi - Foto

11:34 - 8 Sentyabr 2018 - HADİSƏ

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev küçəsində olub.

Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır.

Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Cütlüyün iki uşağı var.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər xətti