Ana səhifə
20 Sentyabr 2018

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatıb

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfər çatıb.

Bu barədə Yaponiya hökümətinin baş katibi Yosixide Suqa mətbuat konfransı zamanı bildirib. Y.Suqa deyib: "Ölənlərin sayı 21 nəfər təşkil edir, 6 nəfərin vəziyyəti çox ağırdır 13 nəfər isə itkin düşmüş sayılır. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində özünümüdafiə qüvvələrinin, polis və yanğından müdafiənin 40 min əməkdaşı iştirak edir, 75 helikopter cəlb olunub".

Qeyd edək ki, sentyabrın 6-da Yaponiyanın Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbura rayonunda, ocağı isə 37 kilometr dərinlikdə yerləşib.

Tarix
8 Sentyabr 2018 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin