Ağdaşda avtomobil yol kənarındakı kanala aşıb

09:41 - 8 Sentyabr 2018 - HADİSƏ

Ağdaşda avtomobil aşıb.

 FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı kanala aşıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti