Qurban Qurbanov: "Çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür"

23:06 - 7 Sentyabr 2018 - İDMAN

"Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım".

Bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sizə elə gəlmirmi ki, start heyətini səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.
- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.

- Milli komanda bundan da yaxşı oyuna qadirdir?
- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdırlar. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.

- Qələbəyə nə mane oldu?
- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.

- Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?
- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.

- Oyun ərzində taktiki dəyişiklik etməyi düşünmədiniz?
- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.

- Bugünkü heç-heçədən sonra şansları necə dəyərləndirərdiniz?
- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olasan. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.

- Almeyda son aylarda artırıb, yoxsa...?
- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi.report

Xəbər xətti