Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurub - FOTO

22:14 - 7 Sentyabr 2018 - HADİSƏ

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Çaylı kəndi ərazisində yol kənarı ilə uzunqulağa qoşulmuş arabada hərəkətdə olan 1955-ci il təvəllüdlü Şakir Binnətov "Qazel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uzunqulaq isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti