Ana səhifə
19 Sentyabr 2018

Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir

Qanun işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir

“İşsizliyə görə müavinət” anlayışının “işsizlikdən sığorta” anlayışı ilə əvəzlənməsi bu ödəniş növünün ləğvi demək deyil. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib. Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. O dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.. Bu Qanun siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

Qeyd edək ki, “İşsizliyə görə müavinət” anlayışının “işsizlikdən sığorta” anlayışı ilə əvəzlənməsi müvafiq sahədə qanunvericilik aktlarında uyğunluğun təmin olunması, müvafiq texniki təkmilləşdirmələrin aparılmasıdır. Eyni zamanda işsizliyə görə müavinət anlayışının işsizlikdən sığorta anlayışı ilə əvəzlənməsi də bu təkmilləşdirmələrin əsas məqsədidir. Çünki “İşsizlikdən sığorta haqqında” Qanunda həmin Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi işsizlikdən sığorta nəzərdə tutulub. İşsizlikdən sığorta ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub. 

2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edir. “İşsizlikdən sığorta haqqında” Qanunla bu ilin əvvəlindən yaradılan İşsizlikdən Sığorta Fondunda cari ildə toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 37,6 faizi və ya 33,5 mln manatı məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək, halbuki 2017-ci ildə bu məqsədə cəmi 17,5 mln. manat vəsait yönəldilmişdi. Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizliyə görə sığorta ödənişi ilə təmin olunacaqlar. Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb.

Məsələyə münasibət bildirən hüquqşünas Əmiraslan Yusifov qeyd edib ki, bu qanun bütün işsizləri əhatə etmir. Yalnız, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Bu kateqoriyadan olan lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir. Digər əhəmiyyətli məqam isə sığorta tarifidir ki, bu məsələ qanunun 9-cu maddəsinə əsasən aşağıdakı kimi həll edilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən işəgötürənlər başa düşülür. Sığortaolunan dedikdə isə, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər başa düşülür. Bu qanunu şamil olunduğu şəxslərə sığorta ödənişinin miqdarı  14-cü maddə ilə tənzimlənir. Maddənin 1-ci bəndində bildirilir ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə  sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz, . sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz, sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Hüquqşünas bildirir ki, sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

Onun sözlərinə görə, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi ilə müəyyən edilir. Bundan başqa, sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.. Sığorta ödənişinin məbləği isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
    Hüquqşünas Əmiraslan Yusifov qeyd edir ki, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə ( bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada) işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin əsas sığorta ödənişinə əlavəni almaq hüququ var.
Əmiraslan Yusifovun sözlərinə görə, “İşsizlikdən sığorta haqqında” qanunun 17-ci maddəsinə əsasən, sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir . İlk 2 təqvim ayı üçün – 100 faiz, 3–4-cü təqvim ayları üçün – 80 faiz, 5–6-cı təqvim ayları üçün – 70 faiz.

Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi bu Qanunun 13.6-cı maddəsində  (Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir) müəyyən olunmuş müddətdə hər ay üçün bərabər məbləğdə ödənilir.
Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

Tarix
7 Sentyabr 2018 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin