Ana səhifə
26 Sentyabr 2018

Üzdəniraq insanlarda var - İlhamə Quliyeva

Xalq artisti İlhamə Quliyeva sənətkarları təhqir edən gənc ifaçılara ismarış göndərib. 

Ucnoqta.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan müğənni ciddi xəbərdarlıq edib:

“Bu yaxınlarda bir müğənni çıxıb efirə yaşı artmış sənətkarların ünvanına deyir ki, “Bir ayağı gordadı”... Hələ bilmək olmaz ki, gora kim birinci gedəcək: sən, yoxsa yaşı çoxalmış sənətkar. Yaş artdıqca, insan qızıla dönür. Üzdəniraq insanlar da var. Efirlər sənət adamlarını təhqir edənlərə embarqo qoymalıdır. Onlara icazə verilməmlidir ki, bu cür ifadələr işlətsinlər. Bunu mən də, başqası da özünə götürür. Belələrinə üsyan edirəm. Sənin nə hüququn çatır ki, belə deyirsən? Cahillikdir. Sənin kökün nədir bilinmir. Ağızlarını bağlasınlar, sözü deyərkən “rastamojka” etsinlər. Deyəsən, mən başımı qaldıracam. Get onda yaşlanmış valideynini diri-diri basdır. Ayıb deyilmi? Bizi milyonlarla tamaşaçı sevir. Xalq artistləri də var ki, çıxıb sətiraltı ona-buna söz atır, narazılıq edir. Bu cür gözəl ölkədə yaşayırsan, nədən narazısan? Sənin xalq artisti olmağında bizim də əməyimiz var. Get güzgünü qoy qarşına, özünə bax, söz atma”.

Tarix
10 Oktyabr 2014 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin