Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib

22:53 - 6 Sentyabr 2018 - DÜNYA

Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib. 

“Report” UNİAN-a istinadən xəbər verir ki, Ali Rada Ukrayna Silahlı Qüvvələrində qadınların kişilərlə bərabərliyini təsbit edən qanun layihəsini təsdiqləyib.

Qanuna əsasən, Ukraynada qadınlar müqavilə əsasında Silahlı Qüvvələrdə xidmət keçə, orduya çağırıla, habelə ehtiyatda qulluq edə biləcəklər.

İstisnalar yalnız anaların və uşaqların hüquqlarını qoruyan mövcud qanunların nəzərdə tutduğu hallara şamil edilir.

Qanun dərc edildikdən on gün sonra qüvvəyə minəcək.

Xəbər xətti