Kaliforniyada meşə yanğınları yenidən başlayıb

18:34 - 6 Sentyabr 2018 - DÜNYA

ABŞ-ın Kaliforniya ştatında başlayan yeni meşə yanğını bir gün ərzində 5 min akr (2 min hektar) əraziyə yayılıb.

Yerli KRCR telekanalının yaydığı məlumata görə, yanğınla mübarizəyə 600-dən çox insan cəlb edilib. “Delta Fire” adı verilmiş yanğın sentyabrın 5-də gündüz saatlarında Reddinq şəhərindən şimalda qeydə alınıb və sürətlə yayılmağa başlayıb. Hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb.
Alovun Meksikadan Kanada sərhədinə qədər üç ştatın ərazisindən keçən I-5 avtomobil magistralına çatdığı bildirilir. Xilasedicilər yanğının təsirinə məruz qalan yoldakı avtomobillərdən bir neçə sürücünü çıxarmağa müvəffəq olublar. Təbii fəlakətlə əlaqədar bir neçə yaşayış məntəqəsinin əhalisi təxliyə edilir.

Xatırladaq ki, əhatə etdiyi sahəyə görə 7-ci, vurduğu zərərə görə isə 6-cı ən böyük yanğın kimi Kaliforniya ştatının tarixinə düşən “Carr Fire” avqust ayının sonlarında söndürülmüşdü. Həmin yanğın nəticəsində 8 nəfər, o cümlədən 3 yanğınsöndürən həyatını itirmiş, 1079 yaşayış binası, 22 infrastruktur obyekti, 503 təsərrüfat tikilisi məhv olmuş, 196 tikiliyə isə zərər dəymişdi.sia.az

Xəbər xətti