Türkiyə yerli istehsallı hərbi vertolyotu sınaqdan keçirdi

12:43 - 6 Sentyabr 2018 - DÜNYA

Türkiyə "T625" adlı yerli istehsallı hərbi vertolyotu sınaqdan keçirib.

Bunu Türkiyənin Müdafiə Sənayesi Katibliyinin (SSM) direktoru İsmayıl Dəmir bildirib. O deyib ki, "T625" vertolyotları yerli texnologiya əsasında hazırlanıb.

Direktorun sözlərinə görə, gələcəkdə bu helikopterin seriyalı istehsalına başlanılacaq.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesində yerli istehsalın payı 60 faiz təşkil edir.

Son 16 ərzində ölkə müdafiə sənayesi məhsullarının idxalından asılılığı 80-dən 40 faizədək azalda bilib.

Xəbər xətti