Şəmkirdə evdən 1200 manat pul, qızıl əşyalar və mobil telefon oğurlanıb

15:04 - 4 Sentyabr 2018 - HADİSƏ

Şəmkir rayonunda evdən 1200 manat pul, qızıl əşyalar və mobil telefon oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Şəmkir və Qusar rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Şəmkir rayonu ərazisindəki evlərin birindən 1200 manat, qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Anar Nağdıyev saxlanılıb.

Xəbər xətti