Ana səhifə
19 Noyabr 2018

Azərbaycan - Kosovo matçının hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan - Kosovo matçına təyinatlar açıqlanıb. 

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə olunub.
Referi Ola Hobber Nilsenə Harald Qronevik və Oskar İsaksen yan xətt hakimləri, Simon Ytterland isə dördüncü hakim qismində yardımçı olacaq. Espen Andreas Eskas və Tom Harald Hagen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista hakim-inspektor, hollandiyalı Martin Sturkenboom UEFA nümayəndəsi olacaq. 

Qeyd edək ki, senytabrın 7-də keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlayacaq. Hobber Nilsen son olaraq "Qarabağ"ın Çempionlar Liqası II təsnifat mərhələsində səfərdə "Kukesi" ilə oyununu idarə edib. Sözügedən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.report

Tarix
4 Sentyabr 2018 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin