Hindistanda qırıcı təyyarə qəzaya uğradı

10:52 - 4 Sentyabr 2018 - DÜNYA

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-27 qırıcısı qəzaya uğrayıb.

Qəza barədə xəbəri Hindistan Müdafiə Nazirliyi təsdiqləyib. Məlumata görə, qəza ölkənin şimalında Racastan ştatında Codhpur şəhəri yaxınlığında baş verib.

Polkovnik Sombit Qoş qəza ilə bağlı qeyd edib ki, qırıcı plan uçuşu keçirirmiş: "Pilot xəsarət almayıb. Qəzanın başvermə səbəbi məlum deyil. Qəzanın səbəbləri araşdırılacaq".trend

Xəbər xətti