Ana səhifə
15 Noyabr 2018

Yaponiyada 270-ə yaxın aviareys ləğv olunub- “Cebi” qasırğası səbəbindən

Yaponiyada sentyabrın 4-də adalara çatacaq “Cebi” qasırğasının yaxınlaşması səbəbindən 268 aviareys ləğv olunub, dəmiryol əlaqəsində fasilələr yaranıb.

 NHK telekanalının ölkənin baş meteoroloji agentliyinə istinadla yaydığı məlumata əsasən, cari mövsümdə 21-cı sıra nömrəsi alan siklon Kaqosima prefekturasından 320 kilometr cənubda yerləşir və saatda 20 kilometr sürətlə şimala doğru hərəkət edir. Siklonun mərkəzində küləyin sürəti saniyədə 45 metrə, bəzi hallarda isə 60 metrə çatır.

Mütəxəssislər qeyd edirlər ki, bu, Yaponiyada son 25 ilin ən güclü siklonu ola bilər. Sinoptiklər, həmçinin dənizdə 12 metrlik dalğalar yarana biləcəyi, sahilyanı rayonlarda yaşayan əhaliyə sahil xəttinə yaxınlaşmamaq, balıqçılara isə dənizə çıxmamaq barədə xəbərdarlıq ediblər.AzərTac

Tarix
3 Sentyabr 2018 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin