Ana səhifə
20 Sentyabr 2018

Azərbaycanlı futbolçu Türkiyədən qovuldu

Türkiyənin “Dənizlispor” klubunda oynayan azərbaycanlı futbolçu Rail Məlikov klubun qayda-qanunlarına riayət etmədiyi üçün klubdan kənarlaşdırıldı.

 

Ucnoqta.az xəbər verir ki, klubun baş məşqçisi Özcan Bizzati ilə mübahisəyə girən R.Məlikov haqqında artıq qərar qəbul edilib və onunla müqaviləyə son verilib.

Buna səbəb isə həmyerlimizin klubun gözləntilərini qarşılamadığı və klubun daxili qaydalarına əməl etmədiyi üçün klubdan qovulub. 

Baş məşqçi Ö.Bizzati məsələ ilə bağlı açıqlamasında bildirib ki, bunu Rail Məlikovun özü istəyib:

“Onu əsas heyətin oyunçusu kimi görürdüm. Ancaq məşqlərə qatılmırdı, həvəssiz idi. Mənə oynamaq istəmədiyini deyəndə isə şok oldum. Rəhbərliklə danışıb onu müddətsiz kənarlaşdırdıq. Artıq bizim üçün Məlikov kitabı bağlandı”.

Qeyd edək ki, bir müddət öncə isə R.Məlikov intizam qaydalarını pozduğu üçün 5 min türk lirəsi cəza almışdı.(AzVision.az)

 

Tarix
10 Dekabr 2014 [16:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin