Ana səhifə
26 Sentyabr 2018

Ötən ay 1,1% inflyasiya qeydə alınıb

Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% bahalaşıb.

Ay ərzində buğda unu, qarabaşaq yarması, toyuq əti, yumurta, günəbaxan və qarğıdalı yağları, alma, nar, üzüm, şabalıd, balqabaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, düyü, makaron, mal və qoyun əti, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, limon, portağal, banan, şaftalı, gavalı, qarpız, yemiş, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, kartofun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

 

Tarix
10 Oktyabr 2014 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin