Cəlilabadda yol qəzası olub, ölənlər var

10:03 - 1 Sentyabr 2018 - HADİSƏ

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti