Ana səhifə
19 Sentyabr 2018

Dabaq xəstəliyinə qarşı təkrar peyvəndləmə tədbirinə başlanılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) sentyabr ayından ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı təkrar kütləvi peyvəndləmə tədbirinə başlayır.

DBX-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, heyvanlar arasında peyvəndləmə tədbirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələrinə və ölkəmizin epizootik tədbirlər planına uyğun olaraq aparılır.

Respublikamızda dabaq xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi heyvanlar arasında xəstəliyin qarşısının alınması və epizootoloji sabitliyin təmin edilməsidir.

Dövlət Baytarlıq Xidməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilən epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirlərini aparır.

Qeyd edək ki, dabaq xəstəliyinə qarşı il ərzində heyvanlar 2 dəfə peyvəndləməyə cəlb olunur. Xidmət tərəfindən cari ilin ilk 7 ay ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Dövlət Xidməti bu günlərdə bölgü əsasında 1811300 doza miqdarında rayon (şəhər) baytarlıq idarələrini dabaq əleyhi vaksinlə, eləcə də biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə təmin edib.

Ölkədə epizootik sabitliyin qorunması və davamlı olması məqsədi ilə Dövlət Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün

Tarix
31 Avqust 2018 [20:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin