Qurban Qurbanov: "Çətin və maraqlı qrupa düşdük"

17:29 - 31 Avqust 2018 - İDMAN

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkü barədə fikirlərini bildirib: "Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq". 

46 yaşlı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının qrupundakı rəqiblərin də çətin olduğunu və ağır oyunlar keçirdiklərini söyləyib: "Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Xəbər xətti