Ana səhifə
14 Noyabr 2018

"Bu boyda həyəsızlıq görməmişdim" - Flora Kərimova

“Çox zarafatçılam. Qızım da hər zaman məndə nöqsan tutur. Deyir ki, birdən səni düz başa düşməzlər. Yaqut köməkçisi - red.) deyir ki, sən öləndə də zarafat edəcəksən? Deyirəm, ağzımı aça bilsəm, ilk səndən başlayacam”.

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “10-dan sonra” verilişində deyib. Müğənni bildirib ki, hər zaman etdiyi zarafatlar başına bəla olur:
“Flora xanım bədəxt adamdır. Taleyimə görə demirəm bu sözü. Zarafatımın acısı hər zaman özümə yönəlir. Onda deyirəm ki, bəlkə doğrudan beləyəm?”.

Kərimova səsləndirdiyi cizgi filmlərindən danışıb. İfaçı "Dedilər ki, "Tık-tık" xanımı Sevil Allahverdiyeva səsləndirib" sözlərinə belə cavab verib:

"Tık-tık xanım"ı mən səsləndirmişəm. Sevil qızım, axı mənim tələffüzüm var. Niyə bunu edirsiz? Belə istedadınız var idisə, niyə başqa bir filmdə səsiniz olmadı? "Qayınana" filmində mahnı oxudum, onu da başqası adına çıxdı. Sonra filmdə Məlikməmməd mahnısını oxudum. Amma xalq üslubunda oxuyan müğənni çıxıb deyir ki, mənim səsimdir. Əlim üzümdə gəzə-gəzə durdum. Bu boyda üzdülük, həyəsızlıq görməmişdim".

Tarix
31 Avqust 2018 [17:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin