Rusiyada hərbi zavodda partlayış olub, ölənlər var

Rusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Dzerjinski şəhərindəki Y.M. Sverdlov adına müəssisənin ammonal istehsalı sexində qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfər ölüb, üçü yaralanıb.

Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın olub, hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar. 

Faktla bağlı araşdırma aparılır.

Tarix
31 Avqust 2018 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-08-31 13:14:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin