Bakıda maşın yandı - Foto

12:36 - 31 Avqust 2018 - HADİSƏ

Bu gün paytaxtın Həsən Əliyev küçəsində “Nexia” markalı avtomobil yanıb. 

Ucnoqta.az xəbər verir ki, şahidlərin “Qafqazinfo”ya bildirdiklərinə görə, hadisə küçədəki tunelin girəcəyində baş verib. Yanğın yerinə Fövqəladə Hallar nazirliyinin əməkdaşları cəlb olunub və avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər xətti