Ana səhifə
19 Sentyabr 2018

Kənd təsərrüfatı naziri Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə ölkədə heyvandarlığını inkişafı məsələləri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Nazir fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib. Bu cür görüşlərin keçirilməsində məqsəd aqrar sektorun davamlı inkişafını təmin etməkdir. Görüşdə assosiasiya üzvlərinə nazirlikdə yeni yaradılmış fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin və Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti haqqında məlumat verilib. İştirakçılara bildirilib ki, nazirlik tərəfindən Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanır.

Müzakirələrdə iştirak edən “MPRO”, “Biləsuvar aqro”, “Amal” şirkətlərinin, “SANİ”, “Bozdağ”, “Real İnkişaf”, Beyləqan və Tərtər fermer təsərrüfatlarının “Gilan Diary Farms”, “Nüsr Ət aqro” “Yalama Aqropark” məhdud məsuliyyətli cəmiyyətlərinin, “”Bərdə RVR LTD”nin “Çiçək” süd fermer təsərrüfatının, Türk Qida Sənaye birliyinin təmsilçiləri dövlət proqramı layihəsinin hazırlanması təşəbbüsünü dəstəkləyiblər. Səsləndirilən təkliflərin Assosiasiya üzvləri ilə növbəti görüşlərdə bir daha müzakirə olunması, uyğun təkliflərin heyvandarlığın inkişafına dair Dövlət Proqramı layihəsinə daxil edilməsi qərara alınıb.

Tarix
31 Avqust 2018 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin