Ana səhifə
20 Sentyabr 2018

"Artıq onlar bizim azarkeş deyil"

Qara Qarayev: "Bizə yalnız uğur qazananda dəstək olmaq lazım deyil"

"Hələ öncədən bu oyuna xüsusi köklənmişdim. Bunun da bir amili var idi. Bunu vurğulayacağam, özü də çox pis şəkildə. Oxumuşdum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu, məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə Moldova "Şerif"inə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunundan sonra keçirdiyi brifinqdə deyib.

26 yaşlı müdafiəçi bildirib ki, uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdır:

"Çətin günlərimizdə də dəstəyə ehtiyacımız var. Vacib "play-off" oyunu idi, əvvəllər oyunumuza bilet tapılmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi. Avropa Liqası qitənin nüfuzuna görə 2-ci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeş deyil. Bizə yalnız uğur qazananda dəstək olmaq lazım deyil".

Qarayev layiqli qələbə qazandıqlarını əlavə edib:

"Bu oyun qrupa vəsiqə baxımından sonuncu sınağımız idi. İtiriləcək bir şey qalmamışdı. Layiqli qələbə qazandıq. Hər mövsüm Avropada çıxışımız ölkə adına böyük uğurdur. Bizi dəstəkləyən və dəstəkləməyən jurnalistlərə də təşəkkür edirik. Hiss edirdik ki, tək deyilik, dəstəyi hiss edirdik. Dəstək olmayanlar da bizə güc verdi. Topaz Premyer Liqasından fərqli olaraq, azarkeşlər dekabra kimi futbol bayramında olacaqlar".

Tarix
31 Avqust 2018 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin