Ana səhifə
17 Dekabr 2018

Aida İmanquliyevanın kitabı macar dilində - FOTOLAR

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas-alim, ictimai xadim və elm təşkilatçısı, şərqşünaslıq sahəsində ölkəmizdə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı macar dilinə tərcümə olunmuş və Harmattan nəşriyyatında nəfis şəkildə nəşr edilib.

 

 

Ucnoqta.az AzərTac-a istinadən xəbər verir ki, kitabı macar dilinə keçmiş diplomat Tamaş Varhagi çevirib.

 

Əsərin redaktoru tanınmış macar alimi, professor Mihal Hoppaldır.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba ön söz yazıb. Burada professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, müasir ərəb ədəbiyyatının tədqiqi və tərcüməsi istiqamətində gördüyü işlərdən söz açılır.

Əsər görkəmli alimin anadan olmasının 75 illiyi münasibətilə çap edilib.

Səfirlik yaxın günlərdə Budapeştin Eötvöş Lorand Universitetində əsərin təqdimatını keçirməyi planlaşdırır.

Tarix
10 Oktyabr 2014 [10:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin