Bakıda orta məktəbdən 1650 manatlıq kompyuter avadanlıqları oğurlanıb

12:48 - 30 Avqust 2018 - HADİSƏ

Bakıda orta məktəbdən kompyuter avadanlıqları oğurlanıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompyuter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb. 

Xəbər xətti