Ana səhifə
16 Dekabr 2018

Ramil Usubov: Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində hazırlıq işləri başa çatıb

 Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı birgə müşavirə keçirib.

DİN-dən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 23 oktyabr 2013-cü il tarixli fərmanından və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” 29 iyun 2018-ci il tarixli qanundan irəli gələn vəzifələrin icra vəziyyətinə həsr olunmuş birgə müşavirə keçirilib.
Müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş “İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib. Ş.Mustafayev yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, qeyd olunan məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan bütün problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkürünü bildirib. Sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Tural İsgəndərov və “İdrak Texnoji Transfer” şirkətinin məsul əməkdaşı Cavanşir Hüseynov yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi istiqamətində görülən hazırlıq işləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
​Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və “ASAN xidmət” mərkəzlərində quraşdırılıb, texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları keçirilib, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib. Hər iki nazir görülən işlərin Azərbaycan Prezidentinin daim diqqət və nəzarətində olduğunu, həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq dövlət başçısına məruzə edildiyini vurğulayıblar, rəhbərlik etdikləri nazirliklərin aidiyyəti qurumlarının cari ilin sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu diqqətə çatdırıblar.

Tarix
29 Avqust 2018 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin