Bakıda sevgililər qarajda boğularaq ölüb - toyu olacaqdı- FOTO

17:14 - 29 Avqust 2018 - HADİSƏ

Oğlanın sentyabrın 7-də toyu olacaqmış

Bakıda sevgililər qarajda boğularaq ölüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb. Avtomobil K.Əhədovaya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlülk də məhz maşının qazından ölüb.
Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib. Faktla bağlı cinayət işi başlanılıb.
​Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.


Xəbər xətti