Ana səhifə
15 Noyabr 2018

16 yaşlı qız özünü asdı – “Həkim bacımı sillələyirdi”

Dünən Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində intihara cəhd hadisəsi baş verib. Qəsəbədə 16 yaşlı qız özünü yaşadığı evdə asıb. Xoşbəxtlikdən yaxınları hadisədən tez xəbər tutaraq, xilas edə biliblər. 

 

İlkin yardım üçün ünvana Təcili Tibbi Yardım çağırılıb. Həkimlər bildirib ki, intihara cəhd edən yeniyetmə dərhal xəstəxanaya yerlşdirilməlidir. Lakin onu heç bir xəstəxana qəbul etmək istəməyib. Bu barədə AzNews.az-a intihara cəhd edən yeniyetmənin qardaşı N.Həmidli danışıb. O, bildirib ki, saatlarla Təcili Tibbi Yardım maşınında qalan xəstəni heç bir tibb müəssisəsi qəbul etməyib.

 

“İlk olaraq bizi Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına apardılar. Beyninə qan getmədiyindən bacım müxtəlif hərəkətlər edirdi, təpik atırdı, qışqırırdı. Gəlib gördüm ki, həkim bacıma sillə vurub deyir ki, bezdim daha bu uşaqdan. Həkimin üstünə qışqırdım ki, həkim də xəstədən bezər? Bu nə deməkdir?. Belə şey olar? . Bacım azyaşlı oduğundan bizi “Semaşko” kimi tanınan 1 saylı Şəhər Kliniki Xəstəxanasına göndərdilər. Dedilər ki, ora aparın dərman atsın. Xəstəni “Semaşko”ya aparsaq da, orada qəbul etmədi. Elə bacıma xəstəxananın qarşısında xərəkdə baxdılar və 2 saylı uşaq xəstəxanasına göndərdilər. Ora da getdik. Həkim gülə-gülə, öz keyfində bacıma baxdı. O da təzədən bizi “Semaşko”ya qaytardı. Bacım Təcili yardım maşınında qalıb, həkim mənnən pul tələb edir ki, mən xəstəni elə-belə qəbul edə bilmərəm. 4 dəfə beləcə, xəstəxanaları gəzmişik. Evdən tələsik çıxdığımnan üstümdə elə də çoxz pul yox idi. Oan görə dedim ki, bacımı xəstəxanaya qəbul edin, atam gəlsin verərik. Daha sonra atamla danışdılar. Bundan sonra bacımı xəstəxanaya götürdülər”.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətilə dəfələrlə əlaqə saxlasaq da, suallarımıza cavab verən tapılmadı. Həmçinin yazıda adı çəkilən xəstəxanalardan da məsələyə münasibət bildirməkdən yayındılar.

 

Tarix
10 Oktyabr 2014 [11:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin