Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçilib

 Qazaxıstanda bu gün başa çatan “Prezident kuboku”nun ən yaxşı hücumçusu müəyyənləşib.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada turnirdə iştirak edən U-17 yığmamızın kapitanı Musa Qurbanlı layiq görülüb. Qırğızıstan (3:0) və Qazaxıstanla oyunlarda (1:1) fərqlənən Qurban Qurbanovun oğlu yarışı 2 qolla tamamlayıb. Turnirin ən yaxşı yarımmüdafiəçisi isə yığmamızın digər üzvü Veysəl Rzayev seçilib. Qeyd edək ki, bu gün finalda Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşan yığmamız əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub olaraq, "Prezident Kuboku"nda 2-ci yeri tutub.

Tarix
28 Avqust 2018 [21:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin