Oğuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Oğuz rayonunda yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qax şəhər sakini, 1981-ci il təvəllüdlü Fərhad Bəhram oğlu Bilalov idarə etdiyi 90-MG-934 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla Qaxdan Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Bakı şəhər sakini sakini, 1987-ci il təvəllüdlü Tural Aqif oğlu Ağayevin idarə etdiyi 99-DC-875 dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində T.Ağayev və mikroavtobusun sərnişinləri, Qax rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəcabət Bayram qızı Yusifova və onun oğlu, 2003-cü il təvəllüdlü Elman Yusif oğlu Yusifov aldıqları ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Mikroavtobusda olan digər sərnişinlər - Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vəfa Sabir qızı Əfəndiyeva, Qax rayon Ləkit kənd sakini, 1993-cü il təvəllüdlü Beycət Xalid qızı Yusifli, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Şəfiqə Çərkəz qızı Cəfərova, İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Vəfa Bəxtiyar qızı Ağayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Jalə Bəxtiyar qızı Ağayeva Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Tarix
28 Avqust 2018 [20:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin