Bakıda naməlum avtomobil 22 yaşlı qadını vurub qaçıb

09:46 - 28 Avqust 2018 - HADİSƏ

Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
​ Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.trend

Xəbər xətti