Ana səhifə
23 Sentyabr 2018

Növbəti ixrac missiyası Çinə gedəcək

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 29 avqust - 3 sentyabr tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir. Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək. İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Urumçi şəhərində keçiriləcək “Çin-Avrasiya” Sərgisində də nümayiş olunacaqdır.

Tarix
27 Avqust 2018 [18:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin