Ana səhifə
18 Fevral 2019

Füzulidə "Mercedes" “Təcili yardım”la toqquşub: 7 yaşlı uşaq ölüb

Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub. Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun qırağındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib. Digər iki sərnişin - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib. Polis faktla bağlı araşdırma aparır.

Tarix
27 Avqust 2018 [14:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin