"Ronaldonun yeri görünür, amma ..." - Marselo

13:16 - 27 Avqust 2018 - İDMAN

“Düzgün yoldayıq. Əminəm ki, oyundan-oyuna inkişaf edəcəyik. Yaşı oynadıq və 3 xal qazandıq”.

​ Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Real”ın müdafiəçisi Marselo deyib. La Liqanın 2-ci turunda səfərdə “Jirona” üzərində 4:1 hesabı ilə qələbə qazandıqları oyundan danışan braziliyalı futbolçu ikinci hissədə Rafael Varanla əvəzlənməsinə münasibət bildirib: “Açığı, əvəzetməyə görə təəccübləndim. Amma baş məşqçinin qərarına hörmət edirəm. Oynamaq istəyirdim, çünki özümü yaxşı, 100 faiz hazır hiss edirəm”. Marselona bu yay “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldodan söz açıb: “Əlbəttə, onun yeri görünür. Çünki Ronaldo dünyanın ən yaxşı oyunçusudur. Amma Beyl və Benzema da yaxşı oyunçulardır”.

Xəbər xətti