Ana səhifə
13 Noyabr 2018

"Əlincəqala"ya yürüş olacaq

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birgə oktyabrın 18-də qədim diyarın ərazisində yerləşən tarixi “Əlincəqala” abidəsinə yürüş təşkil edəcəklər.
"Ucnoqta.az" AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak edəcəklər. Onlar yürüşün keçirildiyi ərazinin tarixi haqqında idmançıları məlumatlandıracaqlar.
Hazırda Naxçıvan Muxtar Respublikasında bu idman növü ilə 170-dən çox idmançı məşğul olur.
Qeyd edək ki, Hava və Ekstremal İdman Növləri Federasiyası özündə ən çətin və ekstremal idman növlərini birləşdirir. Bu növləri seçənlər qar-buz uçqunları, sürüşmələr, çovğun, hündürlükdə oksigen çatışmazlığı, mənfi temperatur kimi əngəllərlə mübarizə aparmalı olurlar.
Hava və ekstremal idman növünə maraq ölkəmizdə son illər yaranıb. Ümumiyyətlə, Azərbaycanda bu federasiyanın əsası 2005-ci ildə qoyulub və əsas hədəfi respublikamızda hava və ekstremal idman növlərinin inkişaf etdirilməsidir. Naxçıvan Muxtar Respublikasında isə Hava və Ekstremal İdman Növləri Federasiyası 2013-cü ildə yaradılıb.

Tarix
10 Oktyabr 2014 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin