İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

11:20 - 27 Avqust 2018 - DÜNYA

İran və Suriyanın Müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalayıblar. "Report" İRNA-ya istinadən xəbər verir ki, sənədə İranın müdafiə naziri Əmir Hatəmi və suriyalı həmkarı Əli Abdalla Əyub imza atıblar.  "Bu razılaşma ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır", - deyə Ə.Hatəmi danışıqlardan sonra bildirib. Ə.A.Əyub isə qeyd edib ki, Suriyada hərbi mərhələ başa çatıb və ölkənin bərpası dövrü başlayır. "Hərbi-texniki əməkdaşlıq üzrə sazişin imzalanması Tehranla Dəməşq arasında əməkdaşlığın inkişafını göstərir", - o, əlavə edib. Qeyd edək ki, İranın müdafiə naziri Əmir Hatəmi avqustun 26-da Suriyaya ikigünlük səfər edib. O, bir neçə suriyalı nazirlə, eləcə də ölkə prezidenti Bəşşar Əsədlə görü.üb. 

Xəbər xətti