Ana səhifə
15 Noyabr 2018

Azərbaycanda günəş enerjisi ilə işləyən idman zalı - FOTO

Azərbaycanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir.
Zal Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə inşa edilir. Alternativ enerji ilə işləyəcək zal Şəki rayonunun Baş Göynük kəndi ərazisində olacaq. 

Ucnoqta.az xəbər verir ki, tikinti işlərini həyata keçirən “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin nümayəndəsi AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, idman qurğusunun elektrik enerjisi ilə təminatı tam olaraq günəşdən alınan enerji hesabına ödəniləcək. Bu məqsədlə binanın damında günəş panelləri quraşdırılacaqdır.

Ümumi sahəsi 1645 kvadratmetr olan, üç mərtəbədən ibarət binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.

Hazırda binanın birinci mərtəbəsində beton dayaqların tikintisi başa çatdırılıb və dam örtüyünün quraşdırılması üçün metal konstruksiyalar hazırlanır.

Yeni idman qurğusunun 2015-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.(ANS PRESS)

Tarix
10 Dekabr 2014 [12:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin